Azərbaycan Premyer Liqasının XXVI turunun “Səbail” – “Sumqayıt” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev mətbuat konfrasında çıxış edib.
İdmanxeber.az məlumat verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bildirib.
“Sumqayıt”ı təbrik edirəm. Dinamik, rəngarəng və diqtə edən futbol oynadıq. Futbolun hər nəticəsini normal qəbul etmək lazımdır. Bu gün məğlubiyyətə layiq deyildik, göstərdiyimiz futbol, xüsusilə inkişaf yolunda yaxşı olduğumuzu göstərdi. Əsas oyundur, oyun varsa, nəticə də olacaq. Belə davam etsək, istədiyimiz yerə çatacağıq. Qol imkanlarımızdan yararlana bilmədik. Uşaqlara təşəkkür edirəm. Bu oyunu unudub, növbəti matçlara köklənməliyik. Belə oynasaq, nəticələr gələcək. Yaxşı və inamlı futbol oynayırıq”.
“Məğlub olsaq da, üç oyunda da zəif oynamamışıq. Bu gün də üstün futbol oynadıq. Oyunun gedişatı bunu göstərdi. Allahın verdiyi hər şeyi qəbul etməliyik. Bu gün “Sumqayıt” qələbə qazandısa, növbəti dəfə biz də bunu bacara bilərik. Oyun baxımından yox, nəticə baxımından məğlub olduq”.