20 Sentyabr 2024
Ölkə futbolu

Juninyo Fransa klubundan təklif alıb? – özü açıqladı

“Qarabağ”da ilk titulumla yanaşı, peşəkar idmançı kimi də birinci titulumdur. Bu da mənə əlavə sevinc bəxş edir”

İdmanxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Juninyo Misli Premyer Liqasının 28-ci turunda “Kəpəz” üzərində qazanılan 6:1 hesablı qələbədən sonra Ağdam klubunun 11-ci çempionluğunu rəsmiləşdirməsi haqda danışarkən deyib.

O, mövsümün sonuna 8 tur qalmış qızıl medallara sahib çıxmalarına belə münasibət bildirib: “Hər mövsümdən öncə klub qarşısına hədəflər qoyur. Bu da görülən işlərin nəticəsidir. Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim. Amma planımızda var idi”.

O, Fransa klublarından təkliflər almağı haqda yayılan xəbərlərə belə aydınlıq gətirib: “Bununla bağlı heç bir məlumatım yoxdur. Əgər varsa da, agentim bu işlərlə məşğul olur. Bakıya gələcək və özü mənə lazım olan məlumatları verəcək. Şəxsən mənim özüm heç bir məlumata sahib deyiləm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43