“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekord müəyyənləşdirib.
İdmanxeber.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatlarında ən erkən çempionluğu qazanıb.
Qurban Qurbanovun yetirmələri 2023/2024 mövsümünün çempionu adını XXVIII turda “Kəpəz”ə 6:1 hesabı ilə qalib gəlməklə təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.
Əvvəlki rekord da Ağdam klubuna məxsus idi. 2015/2016 və 2017/2018 mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən “köhlən atlar” bu rekordu ikiqat üstələyib.