“Milan” Yussuf Fofananı heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “rossoneri” yarımmüdafiə xəttini fransalı oyunçuyla gücləndirmək istəyir.
Fofana 2020-ci ilin yanvarından “Monako”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 27 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə oyunçunun dəyəri 28 milyon avrodur.