“Krasnodar”ın futbolçusu Kadi Borgesin meneceri Roberto Alisk oyunçunun adının “Qarabağ”la hallanmasına münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, o, “Bu haqda deyəcək nəsə yoxdur. Kadi “Krasnodar”da hər şeydən razıdır” – deyə, bildirib.
Kadi Borges 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, ötən ilin yanvarında “Krasnodar”a keçib.