Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real” – “Mançester Siti” (3:3) arasında keçirilən ilk görüşü Karlo Ançelotti üçün əlamətdar olub.
İdmanxeber.az məlumat verir ki, italiyalı mütəxəssis məşqçi kimi ÇL-da 200-cü oyununa çıxıb. O, bunu bacaran ilk baş məşqçi olub.
Ançelotti 4 dəfə Çempionlar Liqasının qalibi olmağı bacarıb. O, bu barədə də rekordçudur.