Mats Hummels Dortmund “Borussiya”nın heyətində 500-cü oyununu keçirib.
İdmanxeber.az məlumat verir ki, yubiley oyunu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko”ya (Madrid) qarşı ilk görüşünə (1:2) təsadüf edib.
35 yaşlı müdafiəçi Almaniya təmsilçisinin heyətində keçirdiyi matçların sayına görə yalnız sabiq yarımmüdafiəçi Mixael Zorkdan geri qalır – 572 oyun.
Qeyd edək ki, Hummels bu mövsüm “Borussiya”nın formasında 32 oyuna çıxıb və 3 qol vurub.