“Boka Xuniors”un qapıçısı Serxio Romero klubda qalacaq
İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı argentinalı komanda ilə müqaviləsini 2025-ci ilin dekabrına qədər uzatmağa yaxındır.
Romero 2022-ci ilin avqustundan “Boka”da çıxış edir. Ötən mövsüm qapıçı 49 oyun keçirib, 20 qapısını təmiz saxlayıb və 43 qol buraxıb.