“Neftçi” yarımmüdafiəçisi Rəhman Hacıyevi komandada saxlamaq niyyətindədir.
İdmanxeber.az-a verilən məlumata görə, tərəflər arasında bir müddətdir danışıqlar davam etsə də, yekun razılıq əldə olunmayıb. Buna səbəb maliyyə məsələsinin olduğu bildirilir.
Təcrübəli futbolçu “ağ-qaralar”dan əvvəlkindən daha yaxşı maliyyə şərtləri ilə sözləşmə tələb edir. “Neftçi” rəhbərliyi isə futbolçuya yekun cavabını verməyib.