Dortmund “Borussiya”sı ciddi itki ilə üzləşib.
İdmanxeber.az məlumat verir ki, komandanın hücumçusu Sebastyan Alle sıradan çıxıb. O, Münhenqladbax “Borussiya”sı ilə görüşdə (2:1) zədə alıb və meydanı tərk edib.
29 yaşlı hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
“Borussiya” Bundesliqada 29 turdan sonra 56 xalla 5-ci sıradadır.