Azərbaycan 2-ci Liqasında 21-ci turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün daha 2 oyun keçirilib.
“Şəfa” “Kür-Araz”a 6 cavabısz qolla uduzub. “Cəbrayıl” isə “Ağdaş”a 3:1 hesabı ilə qalib gəlib.
16 aprel
“Şəfa” – “Kür-Araz” – 0:6
Qollar: Nicat Fərəcli, 18. Cavid İmamverdiyev, 36; 41; 53; 67. Ramazan Abbasov, 43.
Binə qəsəbə stadionu
“Ağdaş” – “Cəbrayıl” – 1:3
Qollar: Elvin İsmayılov, 80 – Əli Nəcəfli, 45. Ruslan Voronsov, 76. Elşad Əliyev, 90+1.
Ağdaş şəhər stadionu