Azərbaycan II Liqasında 21-ci turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, bir matç xaric turun digər görüşləri başa çatıb. Azarkeşlərindən ən çox maraq göstərdiyi qarşılaşma Şəkidə baş tutub. “Şəki Siti”nin “Göygöl”ü məğlub etdiyi oyunu (2:0) tribunalardan 450 azarkeş izləyib.
Digər matçlarda qeydə alınan tamaşaçı sayı belədir:
Şahdağ Qusar – Şəmkir – 3:1
Şamaxı OİK stadionu. 15 tamaşaçı
Baku Sportinq – Kürmük Qax – 5:1
Binə qəsəbə stadionu. 40 tamaşaçı
Lerik – Füzuli – 0:5
Lənkəran OİK stadionu. 120 tamaşaçı
Şəfa – Kür Araz – 0:6
Binə qəsəbə stadionu. 50 tamaşaçı
Ağdaş – Cəbrayıl – 1:3
Ağdaş şəhər stadionu. 250 tamaşaçı
Turun sonuncu matçı olan “Dinamo” – “Qusar” görüşü aprelin 18-də baş tutacaq.