“Real”ın müdafiəçisi Naço Fernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə “Əl-İttihad”ın maraqlandığı bildirilirdi. “Marca” yazır ki, 34 yaşlı futbolçuya mövsümü 20 milyon avro maaşla iki illik müqavilə təklif olunur.
34 yaşlı ispaniyalının “Real”la müqaviləsi iyunun 30-da başa çatır. Ötən mövsüm Naço Madrid klubunun bütün turnirlərdə 45 oyununda iştirak edib və bir məhsuldar ötürmə edib.