Avropa çempionatı davam edir.
İdmanxeber.az-ın məlumatına görə, turnirin 3-cü günündə C və D qrupunun oyunları keçirilib.
D qrupunda Niderland və Polşa yığmaları üz-üzə gəlib. Bu matçda birincilər qələbəyə sevinib. Qrupun digər görüşü olan Fransa – Avstriya matçı isə bu gün keçiriləcək.
C qrupunda isə Danimarka Sloveniya ilə heç-heçə edib. Turnirin favoritlərindən İngiltərə Serbiyanı minimal hesabla məğlub edib.
Avro-2024
Qrup mərhələsi, I tur
D qrupu
17:00 Polşa – Niderland 1:2
Qollar: A.Buksa, 16 – K.Qakpo, 29, V.Veqorst, 83
Xal durumu: Niderland – 3, Fransa – 0 (oyun keçirməyib), Avstriya – 0 (oyun keçirməyib), Polşa – 0.
C qrupu
20:00 Sloveniya – Danimarka 1:1
Qollar: Yanza, 77 – Kristian Eriksen, 17
23:00 Serbiya – İngiltərə 0:1
Qol: Cud Bellingem, 13
Xal durumu: İngiltərə – 3, Sloveniya – 1, Danimarka – 1, Serbiya – 0.