PSJ-nin baş məşqçisi Luis Enrike “Napoli”nin vingeri Xviça Kvaratsxeliyanı heyətində görmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu klubun əsas transfer hədəfidir. Xviçanın agentləri və klub nümayəndələri mümkün transferi müzakirə etmək üçün son həftələrdə görüşüblər.
PSJ futbolçuya illik 9 milyon maaş və bonuslarla 2029-cu ilə qədər müqavilə təklif edib
Daha əvvəl yarımmüdafiəçinin atası yay transfer pəncərəsində oğlunun komanda dəyişməsini istədiyini bildirmişdi.
“Transfermarkt” portalı 23 yaşlı gürcü futbolçunun dəyərini 80 milyon avro qiymətləndirir.