“Atletiko”un yarımmüdafiəçisi Joao Feliks “Fənərbağça”ya keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə komandasının baş məşqçisi Joze Mourinyo danışıqlar prosesində iştirak edə bilər. O, futbolçu ilə müqavilə imzalamaqda maraqlı olduğunu bildirib.
“Fənərbağça” Feliksi 6 milyon avroya, “Atletiko”isə 10 milyon avroya icarəyə götürmək istəyir.
Portuqaliyalı yaarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Barselona”da keçirib.