UEFA Şotlandiya millisinin futbolçusu Rayan Porteusu cəzalandırıb.
İdnanxeber.az-ın məlumatına görə, buna səbəb oyunçunun Avro-2024 qrup mərhələsinin ilk oyununda Almaniya ilə görüşdə (1:5) birbaşa qırmızı vərəqə alması olub.
Futbolçu 2 oyun meydana çıxa bilməyəcək.
Şotlandiya A qrupunda Almaniya, İsveçrə və Macarıstanla mübarizə aparır.