24 Noyabr 2024
Ölkə futbolu

“Şerif”in ən təhlükəli “qol silah”ı “Zirə”ni qorxuda biləcəkmi?

Ötən gün keçirən püşkatmadan sonra Avropa Liqasında təmsilçimiz “Zirə”nin rəqibi Moldova “Şerif”i oldu.

“Transfermarkt”da dəyəri 10.5 milyon avro kimi dəyərləndirilən Tiraspol təmsilçisi 2023-cü ilin sonuna yaxın daxili çempionatda turnir cədvəlinə başçılıq edirdi. Lakin sonradan komandanın oyununda yaşanan eniş öncə liderliyin, daha sonra isə çempionluğun “Petrokub”a qismət olması ilə yekunlaşdı.

Bununla da komanda ötən mövsümü Moldova çempionatında ikinci kimi qapadı.

“Şerif”in ən təhlükəli futbolçusu Sedrik Badoladı. Burkina-Fasolu “10” nömrə çempionat matçlarında vurduğu 7 qolla komandanın ən məhsuldar futbolçusudu. O, həm də tiraspolluların ən bahalı üzvüdü. Belə ki, 25 yaşlı futbolçunun dəyəri 750 min avrodu.

Maraq üçün qeyd edək ki, “Şerif” səfər matçlarında olduqca inamsız görünür. Bu il ev oyunlarında daha etibarlı çıxış edən komanda, səfər matçlarında ümumilikdə cəmi 1 xal qazanaraq bu göstəricidə Moldovada 3-cü oldu.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43