“Qarabağ”dan ayrılan Andrey Lunyov karyerasını Rusiyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli qolkiper Moskva “Dinamo”su ilə anlaşıb. Lunyov yeni klubu ilə 2+1 illik sözləşmə bağlayıb.
Qapıçının “Dinamo”da illik 900 min avro maaş alacağı bildirilir.