Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın potensial rəqibi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi 2-ci mərhələdə “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul – 30/31 iyulda keçiriləcək.