Almaniyanın “Leyptsiq” klubu baş məşqçisi Marko Roze ilə müqaviləni artırıb.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik mütəxəssislə sözləşmə yeniləyib. Rozenin müqaviləsi mövsüm sonu başa çatırdı. O, 2026-cı ilə qədər yeni sözləşməyə qol çəkib.
“Leyptsiq” onun rəhbərliyi altında 2022-2023 mövsümdə Almaniya kubokunu və Almaniya Superkubokunu qazanıb.