Belçikalı hücumçu Mişi Batşuayi Türkiyədə klubunu dəyişib.
İdmanxeber.az “TRT Spor”a istinadən xəbər verir ki, təcrübəli futbolçu “Qalatasatay”la anlaşıb. Tərəflər arasında 3 illik müqavilə bağlanıb.
Batşuayi Parisdə “sarı-qırmızılar” üçün tibbi baxışdan keçib.
Belçikalı forvard ötən mövsümü “Fənərbağça”da keçirib.