“Bavariya”nın hücumçusu Brayan Saraqosa 2024/25 mövsümünün sonuna qədər icarə əsasında “Valensiya”da çıxış edəcək.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı ispan üçün “Jirona” da müraciət edib, lakin “yarasalar”ın transfer şansı daha çoxdur. 2023-cü ilin dekabrında Saraqosa “Bavariya” ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
Saraqosa “Qranada”nın məzunudur. O, komandanın heyətində 58 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə verib.