Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Başakşehir” (Türkiyə) – “İberiya” (Gürcüstan) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Qeyd edək ki, qarşılaşma avqustun 15-də Türkiyədə baş tutacaq.