“Yuventus”un futbolçusu Federiko Kyeza karyerasını “İnter”də davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, italiyalı oyunçu Milan təmsilçisinin marağındadı. Onun Turin klubu ilə gələn ilə qədər müqaviləsi var.
Ancaq Kyeza “İnter”ə keçməyə qarşı deyil. Bunun üçün “qara-göylər” qarşı tərəfə tələb olunan təzminat məbləğini ödəməlidir.
Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.