15 Noyabr 2024
Dünya futbolu

İlkay Gündoğan “Barselona” ilə bağlı qərarını verdi

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan bu yay komandadan ayrılmaq niyyətində deyil.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun nümayəndələri bu qərarla bağlı Kataloniya klubunun rəhbərliyinə xəbər verib. Yarımmüdafiəçinin İspaniya şəhərinə heyran olduğu bildirilir. 

Daha əvvəl Gündoğanın Qətərin “Əl-Sədd” klubuna keçəcəyi bildirilirdi.

Ötən mövsüm 33 yaşlı yarımmüdafiəçi “Barsa”nın heyətində bütün turnirlərdə 51 matçda iştirak edib, 5 qol vurub, 14 məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43