15 Noyabr 2024
Ölkə futbolu

“Qarabağ”da ciddi itki – SON DƏQİQƏ!

“Qarabağ”ın oyunçusu UEFA Çempionlar Liqası III təsnifat mərhələsindəki qarşılaşacağı “Ludoqorets” görüşü öncəsi zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, söhbət qapıçı Şahruddin Məhəmmədəliyevdən gedir. O, Bolqarıstan təmsilçisi ilə görüş öncəsi keçirilən məşqdə sıradan çıxıb.

Qolkiperin əlində olan köhnə ağrıları yenidən başlayıb. Onun axşamkı matçda çıxış edə bilməyəcəyi gözlənilir.

“Qarabağ” – “Ludoqorets” görüşü axşam saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43