“İnter”in yarımmüdafiəçisi Lüsyen Aqume “Sevilya”ya keçib.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı fransalı ilə müqavilə 2028-ci ilin iyun ayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı sövdələşməni 4 milyon avroya qiymətləndirib.
Aqume 2023/24 mövsümünün ikinci yarısını “Sevilya”dan icarə əsasında keçirib, 13 oyuna çıxıb. Yarımmüdafiəçi “İnter”də 4 oyun keçirib.