“Zirə” və “Sabah” UEFA Konfrans Liqası III təsnifat mərhələsində ilk oyunlarını səfərdə keçirəcək. Qəsəbə təmilçisi Xorvatiyanın “Osiyek” kollektiviylə üz-üzə gələcəksə, Bakı klubu “Sent Patriks”in (İrlandiya) qonağı olacaq. Təmsilçilərimizin ilk matçı səfərdə keçirməsi nəticə ilə bərabər, onlara azarkeş dəstəyinin olub-olmamasını da gündəmə gətirir.
İlk oyunda sərfəli nəticə qazanmaq üçün səfərdə azsayıda olsa da, fanat dəstəyinə həmişə ehtiyac duyulur. Ancaq maraqlıdır ki, klublarımızın oyunlarına həmyerlilərimizdən maraq göstərən yoxdur.
Xorvatiya və İrlandiyada azərbaycanlıların yaşamaması və ya olduqca azsayıda olması buna əsəs səbəbdir. Düzdür, hələlik görüşlərin vaxtına iki gün var. Ancaq normalda bu gün qədər artıq klublarımıza bir neçə müraciət olunmalı idi.
Əgər mənzərə dəyişməsə, “Sabah” və “Zirə” Azərbaycan futbolu baxımından olduqca tarixi görüşlərdə stadionda dəstəksiz qalacaq. Vəziyyəti yalnız həmin ölkələrə yaxın – digər Avropa dövlətlərində yaşayan həmyerlilərimiz dəyişə bilər.
Oyunun vaxtını bilən soydaşlarımız sosial şəbəkələrdə müəyyən təbliğat aparmaqla həmyerlilərimizin matçına maraq yarada bilər. Səfərdə sayın neçə olmasının fərqi yoxdur. Bəzən bir neçə fanat tribunada böyük fərq yarada bilər.
Ümid edək ki, iki klubumuz da belə tarixi qarşlışmada səfərdə dəstəksiz qalmayacaq və təmsilçilərimizin yaxşı nəticə qazanmalarında pay sahibi olacaqlar.
İdmanxeber.az