Azərbaycanın Yunan-Roma güləşi üzrə milli komandasının üzvü Sabah Şəriəti bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında sonuncu görüşünə çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, 130 kq. çəki dərəcəsində yarışan idmançımız bu gün bürünc medal uğrunda güləşib.
Sabah Şəriəti İran İslam Respublikasını təmsil edən Amin Mirzəzadə ilə qarşılaşıb. Güləşçimiz rəqibinə uduzaraq (0:4) medalsız qalıb.