18 Noyabr 2024
Dünya futbolu

“Bavariya”nın hücumçusu PSJ-yə keçir

“Bavariya”nın hücumçusu Kinqsli Koman bu transfer pəncərəsində PSJ-yə keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Münhen komandası 28 yaşlı fransızı satın alma öhdəliyi ilə icarəyə verməyə hazırdır. Tərəflər arasında danışıqlar davam edir.

Koman PSJ-nin yetirməsidir. 2014-cü ildə Paris komandasından ayrılaraq “Yuventus”a keçib. Kinsli Fransa klubunun heyətində cəmi 6 oyun keçirib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43