2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” sabiq futbolçusu Sərtan Taşkını geri qaytarıb.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü Türkiyənin “Manisa” klubunda keçirmiş müdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.
Azərbaycan millisinin 26 yaşlı futbolçusu “Sumqayıt”ın heyətində 2 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2019/2020 mövsümündə də komandamızda çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.