18 Noyabr 2024
Ölkə futbolu

Bakı klubu ona “qiymət oxuyan” futbolçunu öz şərtləri ilə razı saldı

“Zirə”nin yeni transferi Giorgi Papunaşvilinin klubdakı maaşı bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, gürcüstanlı futbolçu qəsəbə təmsilçisində illik 120 min dollar qazanacaq. Yarımmüdafiəçinin maaş tələbi səbəbindən transfer bir müddət yubanmışdı. Futbolçu daha yüksək məbləğ tələb edib.

Ancaq sonradan tərəflər razılığa gələ bilib. “Qartallar” təcrübəli futbolçunu öz şərtləri ilə razı salıb. O, ayda 12 min dollar əmək haqqı alacaq. 

Xatırladaq ki, “Zirə” Papu ilə 1+1 illik müqavilə bağlayıb. Yarımmüdafiəçi ötən mövsümü “Kəpəz”də keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43