“Sabah” Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Sent Patriks Atletik”in qonağı olacaq.
İdmanxeber.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib. Xorvatiyalı mütəxəssis qələbəyə inandıqlarını bildirib:
“Bizi çox ağır oyun gözləyir. Rəqibin müəyyən üstünlükləri var. Onların çempionatında 26-cı turdur. Fiziki cəhətdən daha üstündürlər. Amma inanmırıq ki, bu çətin oyunda qələbə qazanacağıq. Söz veririk ki, vuruşacağıq və mərhələni keçmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Qeyd edək ki, “Sent Patriks Atletik” – “Sabah” qarşılaşması sabah Bakı vaxtilə saat 22:45-də start götürəcək.