UEFA Konfrans Liqası III təsnifat mərhələsində “Sabah” səfərdə “Sent Patriks”lə (İrlandiya) üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumata görə, İrlandiya klubu təmsilçimizlə oyun öncəsi ev oyunlarını keçirdiyi stadionu dəyişmək məcburiyyətində qalıb. Belə ki, komanda bundan öncəki turlarda rəqiblərini öz doğma meydanında – 5340 tamaşaçı tutumuna malik “Riçmond Park”da qəbul edirdi.
“Bayquşlar”la görüş isə daha böyük arenada baş tutacaq. Dublin klubu “Sabah”ı şəhərin digər stadionu olan “Tallaght Stadium”da qəbul edəcək. Bu stadionda isə şəhərin digər təmsilçisi “Şamrok Rovers” ev oyunlarını keçirir və arenanın azarkeş tutumu 10 mindir.
“Sent Patriks”in stadionu dəyişməsinə səbəb böyük ehtimalla arenanın bu tur üçün UEFA standartlarına cavab verməməsidir.