“Monako” “Barselona”nın müdafiəçisi Mikail Fayeni transfer etməkdə maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, artıq ilk danışıqlar aparılıb. Fransanın digər klubu “Nitsa” da 20 yaşlı seneqallıya iddialıdır.
Fayenin 2027-ci ilə qədər klubu ilə müqaviləsi var. Ötən mövsüm o, “Barselona”nın əvəzedici komandasında 35 oyun keçirib və 4 qol vurub.