“Liverpul” hücumçu Maksimilian Bayer üçün “Hoffenhaym”la danışıqlara başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı almaniyalı özü Dortmund “Borussiya”sına keçməyə qərar verib. Bununla belə, tərəflər arasında tam razılığa gəlmək üçün danışıqlar davam edir. “Liverpul” da futbolçunun xidmətində maraqlıdır.
Bayerin “Hoffenhaym” ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.
2023/24 mövsümündə Bayer bütün yarışlarda 35 matçda iştirak edib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.