Bu gün İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul edilib.
Azərbaycan Premyer Liqası I tur
2 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının I turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 51.2)
2 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının I turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilir (maddə 51.4);
2 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının I turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun 78-ci dəqiqəsində “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 36.5);
3 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının I turunun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
3 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 70.1);
3 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” görüşündə oyun günü planı pozulduğuna görə “Sumqayıt” klubu 1000 manat cərimə edilir (maddə 77.1);