“Ayntraxt”ın müdafiəçisi Vilian Paço karyerasını Fransada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu PSJ-yə keçməyə yaxındır. 22 yaşlı ekvadorlu yaxın 24 saat ərzində tibbi müayinədən keçəcək.
PSJ-nin Paçoya görə 40 milyon avro ödəyəcəyi gözlənilir. “Ayntraxt” daha 5 milyon avronu bonuslar şəklində alacaq.
Villan Paçonun parislilərlə müqaviləsi 2029-cu ilə kimi nəzərdə tutulub. Ötən mövsüm Paço “Ayntraxt”ın heyətində bütün yarışlarda 44 oyun keçirib.