UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, təmsilçilərimiz “Zirə” və “Sabah” da bu gün növbəti matçlarını keçirəcək. Bukmeker konturları görüşlərdən öncə qarşılaşmaların favoritlərini açıqlayıb.
Xorvatiya “Osiyek”i ilə üz-üzə gələcək “Zirə”yə şans verilməyib. Belə ki, təmsilçimizin qələbəsinə 5,95, rəqibin qalibiyyətinə 1,55, görüşün heç-heçə bitməsinə isə 3,98 əmsal təyin edilib.
Turnirdəki digər klubumuz “Sabah” da ilk maçtını səfərdə keçirəcək. İrlandiya klubu “Sent Patriks”lə üz-üzə gələcək. Görüşdə təmsilçimizin qələbəsinə 2,28, rəqibin qalibiyyətinə 3,05 əmsal təyin edilib.
Oyunun heç-heçə bitmə ehtimalına isə 3,35 əmsal verilib.