“Zirə” UEFA Konfrans Liqası III təsnifat mərhələsinin ilk turunda səfərdə “Osiyek”lə (Xorvatiya) heç-heçə edib (1:1).
İdmanxeber.az-ın məlumatına görə, matçın ardından oyunçuların qiymətləndirilməsində “qartallar”ın braziliyalı yarımmüdafiəçisi Martins Junior komanda yoldaşlarını qabaqlayıb. Mütəxəssislər onun performansını 6,7 balla qiymətləndirib.
“Zirə”nin digər iki üzvü – İssa Cibrila və kapitan Qismət Alıyev isə 6,4 balla digərlərindən fərqləniblər.
Təmsilçimizin heyətində ən zəif göstərici qapıçı Tiaqo Silvanın aktivinə yazılıb. Portuqaliyalı qolkiper 6.2 balla “qartallar”ın ən aşağı qiymət alan üzvü olub.
Matçın ən yaxşısı isə rəqib hücumçu Matkoviç seçilib. Onun ünvanına 7,0 bal qeyd edilib.