15 Noyabr 2024
Dünya futbolu

Bu transfer PSJ-nin tarixinə düşdü

PSJ “Ayntraxt”ın müdafiəçisi Villan Paçonu transfer etdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb. O, PSJ tarixində ilk ekvadorlu futbolçu olub. Mərkəz müdafiəçisi parislilərin heyətində 51 nömrəli forma geyinəcək.

Paço ötən yaydan Frankfurt “Ayntraxt”ında çıxış edir. O, Almaniya klubunda 44 oyun keçirib, 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43