15 Noyabr 2024
Dünya futbolu

İbrahimoviç “Milan”da nə iş görəcəyini açıqladı

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç klubda nə işlə məşğul olduğunu açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, isveçli keçmiş oyunçu “Mənim vəzifəm hamını bir araya gətirmək, lider olmaq və strukturun işlədiyinə əmin olmaqdır. Hər kəsi ayaq üstə saxlayın” – deyə, bildirib.

42 yaşlı İbrahimoviç 2023-cü ilin yayında karyerasını başa vurduğunu açıqlayıb. Onun son klubu “Milan” olub. 62 qolla forvard İsveç millisi tarixinin bombardiridir. Hazırda o, “Milan” klubu sahiblərinin məsləhətçisidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43