06 Noyabr 2024
Ölkə futbolu

“Tovuzlu azarkeşlər məni yaxşı mənada təəccübləndirdi”

“Oyun iki fərqli hissədən ibarət oldu. Birinci hissədə kifayət qədər aktiv oynadıq. Əlimizə düşən imkanlardan istifadə edə bilməsək də, ilk hissədən razı qaldım”.

İdmabxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Sumqayıt” qələbəsi (1:0) sonrası deyib. O, daha sonra belə davam edib:

“İkinci hissədə hesabı qoruyub saxlamaq hissi futbolçulara daha çox təsir elədi. “Sumqayıt”ın da haqqını vermək lazımdır. Kifayət qədər keyfiyətli futbolçulardan ibarət güclü komandadır. İkinci hissədə çox yaxşı oynadılar. İki güclü rəqibə qarşı oynamışıq. Görünən odur ki, bu oyunlardan sonra üzərində düşünməli olduğumuz məqamlar var. İnşallah getdikcə hər şey yaxşı olacaq. Tovuzlu azarkeşlər məni yaxşı mənada təəccübləndirdi. “Neftçi” ilə oyunda da uzun məsafə qət edib bizi dəstəklədilər. Bu oyunda da stadionu demək olar ki, doldurmuşdular. Onlara təşəkkür edirəm. Həqiqətən möhtəşəm atmosfer yaratmışdılar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43