“Stal” (Mieleç) klubunun və Polşa millisinin qapıçısı Mateuş Koxalski bu həftə Azərbaycana gələcək.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı qokiperin “Qarabağ”la müqavilə bağlayacağı qeyd edilir. Ağdam təmsilçisinin artıq Polşa klubuyla anlaşdığı və oyunçuyla da danışıqların son mərhələdə olduğu bildirilir.
“Qarabağ”ın bu transfer üçün təxminən 1 milyon avro ödəyəcəyi vurğulanıb.
Koxalski karyerası ərzində “Legiya”, “Radomiak” komandalarında çıxış edib.