Bu gün “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Bolqarıstan “Ludoqorets”i ilə səfərdə qarşılaşıb. İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası səfərdə rəqibini darmadağın edib – 7:2.
“Qarabağ” ÇL-in pley-off mərhələsində Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
13 avqust
22:00. “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” (Azərbaycan) -2:7
Qollar: Juninyo, 7 (0:1), Kvadvo Dua, 13 (1:1), 23-pen. (2:1), Yassin Benzia, 45+1-pen. (2:2), 118 (7:2), Patrik Andrade, 45+5 (2:3), 113 (2:6), Toral Bayramov, 93 (2:4), Redon Cica, 110 (2:5)
Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti
VAR hakimləri: Gianluca Aureliano, Marco Serra (Hakimlər briqadası İtaliyadandır)
“Ludoqorets Arena”
İlk oyun – 2:1