“Liverpul” “Valensiya”nın qapıçısı Giorgi Mamardaşvilini transfer etməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar davam edir. Lakin yekun qərar hələ qəbul edilməyib. Mersisaydlılar gürcü qolkiperi 30 milyon avroya almaq və dərhal icarəyə vermək imkanını nəzərdən keçirir.
Futbolçunun özünün də bu varianta razı olduğu qeyd edilir.
Almaniyada keçirilən Avropa çempionatında Gürcüstan yığması 1/8 finala yüksəlib və turnirin son qalibi İspaniyaya uduzub (1:4). Mamardaşvili gürcülərin heyətində keçirdiyi 4 oyunun hamısında iştirak edib və 29 seyv edib.