“Qarabağ” bu gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsində cavab matçına çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Bolqarıstanın “Ludoqorets” klubu ilə üz-üzə gələcək. Matçdan öncə görüşün favoriti açıqlanıb.
Futbol biliciləri görüşdə “Qarabağ”ın qələbəsinə 2,42, “Ludoqorets”in qalibiyyətinə isə 2,92 əmsal təyin edilib. Matçın heç-heçə bitmə ehtimalı isə 3,6 bəlirlənib.
Xatırladaq ki, Bakıdakı ilk qarşılaşmada rəqib 2:1 hesabıyla qalib gəlib. Tərəflər arasındakı cavab qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.