“Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu daha bir klubdan təklif alıb.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı oyunçu Amerika klubu “Los Anceles”in maraq dairəsindədi. Ancaq Türkiyə millisinin üzvü bu təklifdən imtina edib.
Yarımmüdafiəçi Amerikada oynamaq niyyətində deyil. Aktürkoğlunun Rusiya klublarından “Spartak” və “Zenit”dən də təklifi var.
Qeyd edək ki, futbolçunun “Qalatasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.