“Liverpul” “Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili ilə müqavilənin şərtləri ilə bağlı razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Gürcüstan millisinin 23 yaşlı qolkiperi başqa kluba icarəyə verilməsi şərtiylə olsa belə, İngiltərə klubu ilə anlaşıb.
Qeyd olunur ki, “Liverpul” hələlik “Valensiya” ilə danışıqlara davam etdirir.
Mamardaşvili 2022-ci ilin yanvarından “Valensiya”da çıxış edir. O, İspaniya yığmasının heyətində 100 oyun keçirib, 112 qol buraxıb və 31 dəfə qapısını toxunulmaz saxlayıb.